
Gimnastika növləri üzrə təşkil olunacaq birgə yarışlarda bu dəfə, akrobatlar və idman gimnastları bir araya gələcəklər.
17-18 noyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında Kişi və Qadın İdman Gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi, eyni zamanda Akrobatika Gimnastikası üzrə Azərbaycan Çempionatı təşkil olunacaq. 2 gün boyunca davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq. Onlar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.
Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manatdır.
Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.
Öz sevimli gimnastlarını dəstəkləmək üçün bütün tamaşaçıları yarışlarımıza dəvət edirik!
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası