
2017-ci ilin sonu yaxınlaşdıqca Azərbaycan Gimnastika Federasiyası da yerli yarışlar mövsümü üzrə öz işini tam sürətlə davam etdirir. Dekabrın ilk günlərində təşkil olunacaq növbəti gimnastika yarışlarında bu dəfə akrobatlar, aerobika gimnastları və tamblinqçilər yer alacaq.
Belə ki, 6-7 dekabr tarixlərində Milli Gimnastika Arenasında (köməkçi zal) balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyasına daxil olan akrobatlar və 7-8, 9-11 və 12-14 yaşlı aerobika gimnastları eyni meydançanı bölüşərək, medallar uğrunda mübarizə aparacaqlar. Tamblinq cığırında isə balacalar və yeniyetmələr yaş kateqoriyasına aid gimnastlar öz aralarında ən yaxşıları müəyyənləşdirəcəklər.
Turnirdə iştirak edəcək idmançılar Nizami rayonu idman məktəbi, Bakı Gimnastika Məktəbi, Ocaq Sport və Neftçi Klublarını təmsil edəcəklər.
Fərqli gimnastika növlərinin bir araya gələcəyi 2 günlük turnirdə tamaşaçıları hədiyyəli müsabiqələr və kiçik gimnastların iştirakı ilə fləşmoblar gözləyir.
Turnirə biletləri Arenanın kassasından əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manat təşkil edir.
Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası