
Beynəlxalq tədbirlər çərçivəsində daha çox böyük gimnastları qonaq etməyə alışmış Milli Gimnastika Arenası bu ilin aprel ayında yalnız gənc gimnastların iştirak edəcəyi “AGF Junior Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edəcəkdir.
Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq, 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda Bədii Gimnastika üzrə Dünya Kuboku baş tutacaqdır.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.
Bəzən ürkək çıxışları ilə tamaşaçıları həyəcanda saxlayan, bəzən isə inamlı çıxışlarla gur alqışlar alan gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcəkdir.
Qeyd edək ki, “AGF Junior Trophy” turniri, 2018-ci ilin 1 – 3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq Bədii Gimnastika üzrə Avropa Çempionatı formatında təşkil ediləcəkdir. Bu da gənc gimnastlara Avropa Çempionatında öz həyəcanlarına qalib gələrək, daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını mükəmməlləşdirmələri üçün şans yaradacaqdır.
Turnirdə 18 ölkə təmsilçilərinin iştirakı gözlənilir.
Gənc gimnastların maraqlı və həyəcanlı, eyni zamanda da peşəkar çıxışlarını izləmək üçün Milli Gimnastika Arenasına tələsin!
Biletləri Arenanın kassasından, həmçinin 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən əldə edə bilərsiniz. Təsnifat günü üçün biletlərin qiyməti 7 və 10 manat, final günü üçün isə 10 və 15 manat təşkil edir.
Yarışlar haqda daha ətraflı məlumatı isə federasiyanın saytından əldə edə bilərsiniz.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Gourlas Maria
Wang Isabella
Chin Giorgia
Farshbafshakhriyari Darya
Jalilova Arzu
Luzan Yelyzaveta
Samadova Narmina
Kamenshchikova Anna
Striga Yana
Kelman Anna
Volozhanina Tatyana
Lyubchova Veronika
Klementova Barbora
Wuenschova Veronika
Anýžová Lucie
Arbolishvili Ketevan
Kuprava Mariami
Janashvili Nutsa
Makhoshvili Elizaveta
Erbes Emeli
Kolosov Margarita
Borda Korinna
Akoshegyi Eszter
Wiesner Hanna Panna
Sotskova Valeriia
Block Noga
Sydygalieva Zhamila
Papushina Sabina
Jevstafjeva Arina
Ivanauska Nikola
Asmenska Jana
Ivanova Evelina
Gaiduk Maja
Sostakaite Fausta
Scott Alicia
Moore Hannah
Iampolskaia Elizaveta
Trubnikova Daria
Kramarenko Lala
Sergeeva Anastasiia
Krasovec Brigita
Denysenko Viktoriia
Demydenko Kateryna
Nguyen Ha My
Nominal | Adı | Dəyəri |
---|

Baku Taxi (London Taxi) | *9000 |
OK Taxi | *3003 |
City Taxi | *8844 |
Ekonom Taхi | *9111 |
Felix Taxi | *5959 |
Grand Taxi | (+994 50) 2555880 |
Panda Taxi | *9955 |
Ulduz 1001 | *1001 |
SalamTaхi | *9933 |
Taxi 24 | *2424 |
TaxiPixi | *6767 |
189 Taxi | *189 |
UberX | |
Utap | (+99455) 2054601 |
Taxi 971 | *971 |
Estet taxi | 130 |
Kombo | *2000 |
Zərif Taksi | *7177 |
Tez Taxi | *9191 |
aTaksi | *2014 |
Xəzər Taxi | *7111 |
Lady Taxi | *6868 |
Express Taxi | *2244 |
Odlar yurdunu kəşf et
Azərbaycan – Xəzər dənizinin cənub-qərb sahillərində Qafqazın şərqində yerləşən dövlətdir.
Ərazi
86,600 min km²
Əhali
2016-cı ildə 9,511,100 nəfər
Paytaxt
Bakı şəhəri – Xəzər dənizinin ən böyük limanı və Qafqazın ən iri şəhəri hesab olunur. Şəhər Abşeron yarımadasının cənub sahilində yerləşir. Bu şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Qafqazın iri şəhərlərindən biridir. Əhalisinin sayı 2014-cü ilin statistikasına görə 2 150 800 nəfər təşkil edir.
Siyasi sistem
Azərbaycan – demokratik respublikadır. Dövlətin başında Prezident durur. 2003-cü ilin oktyabr ayından bu günə kimi Azərbaycanın Prezidenti İlham Əliyevdir. Ali qanunverici orqan parlamentdir. Azərbaycan 1991-ci ildə Sovetlər Birliyindən çıxıb müstəqillik əldə etmişdir.
Rəsmi Dil
Azərbaycan dilidir (türk dili ailəsinə aiddir). Respublikanın paytaxtında və digər regional mərkəzlərində rus və ingilis dillərindən geniş istifadə edilir.
Din
Hazırki Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlətdir – din dövlətdən ayrıdır və ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əhalisinin böyük hissəsi islam dininə qulluq edir.
Çoxmillətli ölkə kimi Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da var.
Saat qurşağı
UKV (Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir) +4, Yay Vaxtı: UKV+ 5 saat
İqlim
Köppen iqlim təsnifatına görə, Azərbaycanda 11 iqlim qurşağından 9-u müşahidə olunur.
İyul ayında yüksək ərazilərdə orta temperatur +5 °C dərəcədən +25 - +27-yə qədər, ən yüksək halda + 32 - +35 dərəcə, yanvar ayında isə -10 ° və - 4 °C təşkil edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı düzənliklərdə 150-200 mm, Qafqazın dağətəyi və dağlıq ərazilərində isə 1200-1700 mm qədər düşür. Ölkəni gəzmək üçün ən yaxşı vaxt aprel ayından oktyabr ayına qədər olan müddətdir. O da qeyd olunmalıdır ki, yayın ikinci yarısında havanın temperaturu +38 - +40°C yüksələ bilər. İyun – sentyabr ayının birinci yarısında dənizdə suyun orta temperaturu +24- +26°C. təşkil edir.
Voltaj
220/240 Volt , 50 Гц.
Telefon rabitəsi
Bütün ölkəni əhatə edir. Azərbaycanın Beynəlxalq telefon kodu +994 -dür. Şəhərlərarası və beynəlxalq zənglər ölkənin hər bir nöqtəsindən yığıla bilir. Mobil rabitə operatorları hətta ucqar regionlarında belə öz müştərilərini qüsursuz, keyfiyyətli əlaqə ilə təmin edir.
Mobil əlaqə
Standart GSM 900. Demək olar ki bütün ölkəni əhatə edir. İri mobil operatorları: Azercell Telekom, Bakcell, Nar Mobile.
İnternet
Bakıda və ölkənin digər şəhərlərində geniş yayılıb. İnternet domeni: .az
Faks
Ölkənin bütün poçt şöbələrində və eləcə də mehmanxanalarda mövcuddur.
Poçt
Azərbaycanda Mərkəzi Poçt və bir çox şəxsi kuryer poçt xidmətləri mövcuddur. Məktubların, paketlərin və bağlamaların göndərilməsi və çatdırılmasını sürətləndirmək üçün kuryer poçt xidmətlərindən istifadə etmək tövsiyə olunur. Ölkədə həmçinin beynəlxalq kuryer xidmətləri də mövcuddur.
Valyuta
Azərbaycan manatı (AZN). 1 manat= 100 qəpik. Dövriyyədə 1, 5, 10, 20, 50 və 100 manat nominallı əsginaslar və 1, 3, 5, 10, 20 və 50 qəpiklik metal sikkələr var.
Beynəlxalq valyuta - ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu bütün banklarda manata dəyişdirilir. Bundan başqa, valyuta mübadiləsini hər yerdə mövcud olan rəsmi valyuta mübadiləsi mərkəzlərində də aparmaq mümkündür.
Valyuta mübadiləsi banklarda və mübadilə mərkəzlərində cüzi fərqlənir. Bəzi mağazalarda şəxsi mübadilə bölməsi var. Bakıda banklar səhər 09:00-09:30-dan 17:30-dək (bəzi banklar axşam saatlarına qədər işləyir, çox sayda mübadilə mərkəzləri isə fasiləsiz çalışır), regionlarda bankların iş qrafiki 09:30-dən 17:00-17:30-dir.
Bakıda görməli olduğunuz 10 yer
Şirvanşahlar Sarayı
İşərişəhərdə şəhər divarlarının arxasında yerləşən saray Bakının ən qədim simvollarından biridir. XV əsrdə tikilmiş bu saray, Şirvanşahlar dövründə paytaxt Bakıda bir neçə ən yaxşı qədim binadan biri sayılırdı. 2000-ci ildə YUNESKO-nun Dünya İrsi Saytlar siyahısına daxil edilib.
Qız qalası
Qız Qalası sirr və əfsanələrlə dolu bir abidədir. Bakının ən möhtəşəm abidəsi İçəri Şəhər qalasının cənub-şərq hissəsində yüksəlir. Azərbaycan memarlığının bu bənzərsiz abidəsinin Şərqdə heç bir analoqu yoxdur. Bakının simvolu 2000-ci ilin dekabr ayında UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.
Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir.
Bulvar
Bulvar Bakının mütləq görülməyə dəyər məkanıdır.Həmçinin Dənizkənarı Milli Park kimi tanınır və bir çox paytaxt sakinləri və qonaqların sevimli gəzinti yeridir. Onun yaradılması tarixi 100 ildən də əvvələ gedib çıxır. Qonaqlar şəhərin gözəlliyi və işıqlandırma sistemi, gözəl landşaft dizaynı, kölgəli xiyabanlar, rahat kafeləri, uşaqlar və böyüklər üçün çoxlu əyləncə və oyun zallarına heyran qalır.
Atəşgah
Çox zaman "Bakının Od məbədi" adlandırılan Bakı Atəşgahı Suraxanı qəsəbəsində qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən məbəd hindli və zərdüştilər tərəfindən səcdəgah kimi istifadə edilmişdir.
Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi müasir Bakının imicini təmsil edən əzəmətli bir binadır. Binaya məşhur memar Zaha Hadid dizayn vermişdir və müasir memarlıq abidələrindən biri olan bu binanı həqiqətən görməyə və içərisini gəzməyə dəyər.
Qobustan
Qobustan tarixi 40000 il əvvələ gedib çıxan qayaüstü rəsmləri ilə məşhurdur. Bu yer Azərbaycanda insanların ilkin məskən saldığı məkanlardan biri hesab olunur. Bu qədim yerdə siz qədim insanların ov və rəqs səhnələri, dülgərlik kimi fəaliyyətlərini və qayalar üzərində heyvan rəsmlərini görə bilərsiniz.
Yanar Dağ
Yanar Dağ Bakıdan 25 km şimalda yerləşir. Buranı ziyarət etmək üçün ən maraqlı səbəb odur ki, dağ davamlı olaraq yanır və heç vaxt sönmür. Alov torpağın altındakı qaz ehtiyatlarından gəlir və onu yandırmaq üçün heç bir borudan istifadə eilməyib.
Bibi-Heybət məscidi
Bakı buxtasının aşağı cənub hissəsinə yollandıqda Bibi-Heybət məscidini nəzərdən qaçırmaq mümkün deyil; ənənəvi dalğavari, sinklənmiş dəmir formalı köhnə məscid və iki minarənin yanında üç qübbəli, müasir üslubda bərpa edilmiş məscid Şirvan memarlıq məktəbinin klassik nümunəsidir.
Azərbaycan Xalça Muzeyi
Azərbaycan Xalça Muzeyində Azərbaycan xalçaçılığının müxtəlif dövrlərə aid toxuculuq texnikaları və materialları nümayiş etdirilir. Yarandığı zaman xalçaçılıq sənətinə həsr edilmiş yeganə muzey olub. Latif Kərimov adını daşıyan muzey dünyada ən böyük Azərbaycan xalça kolleksiyasına malikdir.