
Yayın son günləri gimnastika dünyasının diqqəti bir daha Azərbaycan paytaxtı Bakıya cəmlənəcək. Belə ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.
61 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.
İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.
“Nağıllar gerçəkləşək” (“Fairy Tales will come to life”) devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaqdır. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə səyahətə aparacaq bir şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiq olunmuşdur.
Belə ki, çempionatın məhz ilk günü – Açılış mərasimində ölkəmizlə yanaşı, digər ölkələrdə də məşhur olan Azərbaycanın xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov öz sevilən nəğmələri ilə izləyənləri sevindirəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini a kapella şəklində ifa edəcək.
Açılış mərasiminin maraqlı məqamları bununla bitmir. Belə ki, mərasimdə Dünya Çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.
Dünya Çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı, məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.
Bu çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı, hər kəsin sevimlisi “Qur-Qur” da sizinlə olacaq. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” sizinlə öz təəssüratlarını bölüşəcək.
Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar gözləyir.
Odur ki, belə əhəmiyyətli yarışda gimnastlarımıza dəstək olmaq və maraqlı anlar yaşamaq üçün biletlərinizi elə indi əldə edin. Yarışın biletlərini Arenanın kassasından, Gənclik Mall alış-veriş mərkəzindən, həmçinin onlayn (https://ticketing.mga.az/) almaq mümkündür. Qiymətlər isə 10, 15 və 20 manat təşkil edir.
Yarışlar haqqında ən son məlumatları isə rəsmi saytımızdan (www.agf.az) əldə bilərsiniz.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Çıxış ardıcıllığı - fərdi gimnastlar
https://gym.longinestiming.com//2019/Rhythmic-13338/en-us/default
VARAS Carla
GOMES Luana
TOMAS Alice
HIGINO Sofia
MISSENDE Florencia
IAKOVLEVA Lidiia
KIROI-BOGATYREVA Alexandra
GILL Ashari
HOFMANN Lisa
RUPRECHT Nicol
MEDER Julia
PASHAYEVA Aliya
AGHAMIROVA Zohra
HUDIS Veronika
Luzan Yelyzaveta
AHMADBAYLI Diana
BAYRAMOVA Ayshan
HUMMATOVA Zeynab
SOROKINA Darya
SAFAROVA Maryam
SALOS Anastasiia
HALKINA Katsiaryna
HARNASKO Alina
HAIDUKEVICH Hanna
RYBAKOVA Anastasiya
SHVAIBA Hanna
SUSHCHYNSKAYA Aryna
TSITSILINA Arina
YARMOLENKA Karyna
COUROUBLE Aya
ABASTOFLOR Fabiana
GENUZIO Antonella
DOMINGOS Barbara
GAUDIO Natalia
BORGES Victória
GUERRA Vitoria
MEDRADO Déborah
PIRCIO Nicole
ROSSI Camila
SILVA Beatriz
KALEYN Boryana
TASEVA Katrin
VLADINOVA Neviana
DYANKOVA Simona
KIRYAKOVA Stefani
RADUKANOVA Madlen
STOILOVA Kameliya
TRAETS Laura
ZAFIROVA Erika
CRANE Sophie
UCHIDA Katherine
GARCIA Natalie
KALLEMAA Carmel
NOSKOVA Diana
PANOV Vanessa
UDACHINA Alexandra
WHELAN Carmen
ZILYUK Alexandra
ALVES LOPES Marcia
GALINDO Vanessa
DUSSAN Lina
VINAS Oriana
SAMBOL Lana
BOZIC Laura
RIBARIC Petra
SKITTIDI Viktoria
PINGOU Anastasia
ELLINA Eleni
ZALESAKOVA Sabina
CHAMZINA Alina
KIM Mun Ye
RI Un Yong
KANG Jin A
PAK Un Gyong
RI Hye Song
RYANG Yong Mi
SIN Su Rim
SCHULTZ Isabella
KRISTENSEN Emilie
KRISTENSEN Josefie
SELIM Mariam
MARZOUK Habiba
SOBHY Tia
ZAYED Haya
BELJAJEVA Adelina
BOGDANOVA Viktoria
AESMA Carmen Marii
KELER Melany
KABRITS Laurabell
KUKSOVA Vasilina
OKAMANCHUK Arina
REISKA Carmely
TEINO Lera
TIKKANEN Jouki
GERGALO Rebecca
ARVELO Aurora
LIINAVUORI Elisa
NAEREVAARA Milja
ORA Inka
RANTALA Emma
VAINIO Juulia
VIRKKUNEN Amanda
MILLON Maena
MOUSTAFAEVA Kseniya
ROMENSKI Valerie
COLLARD Danae
DECONNINCK Helene
MARCHON Eloise
PRIOUX Iliona
RACHID Elisabeth
SIVADIER Chloe
BOLATAEVA Natela
PAZHAVA Salome
ARBOLISHVILI Ketevan
BURJAK Viktoria
HUBER Daniela
KOEHN Nathalie
PESCHEL Noemi
QU Anni
TIKHONOVICH Alexandra
DERVISI Maria
KELAIDITI Eleni
MAGOPOULOU Ioanna
ATHANASAKOPOULOU Chrysa
MOUTAFI Chrysi
PAGOULATOU Aikaterini
RIGA Christina Ourania
TOUSI Despoina
TZIATZIA Ioanna Anna
JUHASZ Anna
PIGNICZKI Fanni
JUHASZ Emma
BOLDIZSAR Blanka
BORSANYI Patricia
FOELDI Cintia Vivien
KOVACS Jazmin
NEMETH Virag
URBAN-SZABO Monika
WEHOVSZKY Vivien
ZELIKMAN Nicol
ASHRAM Linoy
VORONKOV Nicol
TELEGINA Yuliana
BEN RUBY Shai
DAYAN Ofir
KRAMARENKO Yana
RAITS Natalie
SHAPOCHNIKOV Bar
VEXMAN Karin
BALDASSARRI Milena
AGIURGIUCULESE Alexandra
MAFFEIS Sofia
RUSSO Alessia
BASTA Anna
CENTOFANTI Martina
CICCONCELLI Letizia
DURANTI Agnese
MAURELLI Alessia
SANTANDREA Martina
MATSUBARA Rie
OIWA Chisaki
MINAGAWA Kaho
KITA Sumire
NOSHITANI Sakura
SUGIMOTO Sayuri
SUZUKI Ayuka
TAKENAKA Nanami
YOKOTA Kiko
TLEKENOVA Adilya
ADILKHANOVA Alina
ABITOVA Roza
BUDNIK Jessika
DAULETKULOVA Zhanerke
MURATKYZY Sagina
SHARAFIDENOVA Dariya
SULTANOVA Regina
ZHAKUPOVA Dayana
BYKOVSKAIA Agata
IZABEKOVA Aisha
BAKLAGINA Alina
POLSTJANAJA Jelizaveta
MIZUNE Karolina
SADEK Alissa
GERULYTE Beatrice
BUDGINAS Brigita
IVANOVA Julija
MASIONYTE Neringa
KOI Sie Yan
AMZAN Izzah
NG Jia Wen
DIAZ Karla
CASTILLO GALINDO Rut
JUAREZ Damaris
GALINDO Ana
HERNANDEZ Adriana
MALDONADO Mildred
RUIZ Sara
SAINZ Brittany
VILLANUEVA Karen
MALPICA Marina
KHASHBAT Undram
TSOGTBAYAR Saruul
MARKOVIC Jovana
JOVANOVIC Anja
STOJANOV Rejchl
STOYANOVA Anna
TYNNING-BERGESTUEN Fredrikke
JUUL MOELLER Josephine
BRATSBERG Ingrid
LIU Jiahui
ZHAO Yating
WANG Lingyun
GUO Qiqi
HAO Ting
HU Yuhui
HUANG Zhangjiayang
LIU Xin
XU Yanshu
KOZIOL Natalia
CHOCHOL Julia
DOBROLECKA Alicja
GORSKA Milena
MAJEWSKA Aleksandra
WLAZLAK Aleksandra
FERREIRA Margarida
SALES Laura
ARAUJO Rita
BONDAR Dinora
CUSNIER Giuliana
SKLIOUTOVSKAYA-LOPEZ Aleksandra
SEO Goeun
KIM Chaewoon
KIM Joowon
LIM Se-Eun
ZACREVSCHI Anastasia
IAMPOLSKAIA Elizaveta
CRIJANOVSCHII Ella
KUZNETOVA Daria
VERDES Andreea
MAILAT Denisa
DAVID Alice Maria
SOLDATOVA Aleksandra
AVERINA Dina
AVERINA Arina
BIRIUKOVA Vera
MAKSIMOVA Anastasiia
SHISHMAKOVA Anastasia
STUBAILO Anzhelika
TOLKACHEVA Maria
GARBARINO Monica
CASTIGLIONI Lucia
MASSINI Elettra
BLAZIC Andrijana
KILIANOVA Xenia
SEMANOVA Kristina
PODGORSEK Aleksandra
VEDENEEVA Ekaterina
JERMAN BUKAVEC Aja
ZOREC Iza
GARDINER Shannon
BURGER Lilica
DEWAN Azra
ANO BACA Maria
BEREZINA Polina
ROS ESTELLER Noa
CUADRILLERO REDONDO Victoria
ESQUERDO Clara
GAYAN Ana
POLO Alba
REYES Emma
SALARRULLANA Sara
GARCIA Natalia
ONDAATJE Anna-Marie
SVENNBECK Alva
PETTERSSON Cassandra
ENGDAHL Meja
LIMPANICH Benjaporn
KULSANAWONG Nat
OZCAN Zeynep
TUNCEL Kamelya
OZGUR Irem
BYKHNO Alina
NIKOLCHENKO Vlada
ONOPRIIENKO Viktoriia
POHRANYCHNA Khrystyna
DOVZHENKO Tetiana
MYZHERYTSKA Diana
VOZNYAK Anastasiya
VYSOCHANSKA Mariia
YUZVIAK Valeriya
GRISKENAS Evita
ZENG Laura
FEELEY Camilla
CONNOR Isabelle
DU Connie
MERENZON Yelyzaveta
PLETNEVA Elizaveta
SLADKOV Nicole
SOBOLEVSKAYA Kristina
FETISOVA Ekaterina
TASHKENBAEVA Sabina
USMANOVA Nurinisso
ALEKSANDROVA Kseniia
IRNAZAROVA Kamola
KASIMOVA Safiyabonu
RAVSHANBEKOVA Dinara
SAFOEVA Sevara
SHOMURADOVA Nilufar


Nominal | Adı | Dəyəri |
---|

Baku Taxi (London Taxi) | *9000 |
OK Taxi | *3003 |
City Taxi | *8844 |
Ekonom Taхi | *9111 |
Felix Taxi | *5959 |
Grand Taxi | (+994 50) 2555880 |
Panda Taxi | *9955 |
Ulduz 1001 | *1001 |
SalamTaхi | *9933 |
Taxi 24 | *2424 |
TaxiPixi | *6767 |
189 Taxi | *189 |
UberX | |
Utap | (+99455) 2054601 |
Taxi 971 | *971 |
Estet taxi | 130 |
Kombo | *2000 |
Zərif Taksi | *7177 |
Tez Taxi | *9191 |
aTaksi | *2014 |
Xəzər Taxi | *7111 |
Lady Taxi | *6868 |
Express Taxi | *2244 |
Xanımlar və cənablar!
Əziz dostlar və həmkarlar!
Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının iştirakçıları və qonaqlarını ürəkdən salamlayıram. Beynəlxalq Gimnastika Federasiyasına (FIG) göstərdiyi etimada görə dərin minnətdarlığımı bildirirəm. Belə nüfuzlu yarışlara ev sahibliyi etmək bizim üçün böyük şərəf və böyük məsuliyyətdir.
İlk dəfə deyil ki, Bakı öz qapılarını mötəbər idman yarışları iştirakçılarının üzünə açır. Uzun müddətdir ki, Azərbaycan regionun qeyri-rəsmi idman paytaxtı titulunu qazanıb. Ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionatları keçirilib, 2015-ci ildə Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edib. 2005-ci ildə isə Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya Çempionatı keçirilib.
O zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda gimnastikanın dinamik inkişafı yeni başlayırdı və gimnastika məktəbinin indiki nailiyyətləri üçün təməl qoyulurdu. Bu gün ölkəmizdə müasir gimnastikanın bir çox növləri uğurla inkişaf etdirilir. İdmançılarımız ən nüfuzlu beynəlxalq yarışların fəxri kürsülərinə yüksəlirlər. Gimnastika bölmələri Bakı və Azərbaycanın bölgələrində populyardır. Bu gözəl və ahəngdar idman növü həqiqətən də ölkəmizdə kütləvi və çox seviləndir. İdman infrastrukturasında da Azərbaycanda böyük inkişaf müşahidə olunur. Azərbaycanın Milli Gimnastika Arenası müntəzəm olaraq, gimnastikanın olimpiya növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Bir çox ölkələrin idmançıları buraya təlim-məşq toplanışlarına gəlirlər. Təsadüfi deyil ki, Azərbaycanın gimnastika məktəbi beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanınır.
İndi isə biz - böyük və mehriban ümumdünya gimnastika komandasının üzvləri qonaqpərvər Azərbaycan torpağında yenidən görüşəcəyik. Dünya Çempionatının bütün iştirakçılarına uğurlar, qələbələr və şəxsi rekordlar arzulayıram. Əminəm ki, idman həvəskarları gözəl və yadda qalan çıxışların şahidi olacaqlar. Dünya Çempionatının təşkilində iştirak edən hər kəsə - Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə, Təşkilat Komitəsinin bütün üzvlərinə, idmançılara və azarkeşlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Siz, əziz iştirakçılar və çempionatın qonaqları, bizim Bakının necə gözəl bir şəhər olduğunu görəcək və Azərbaycan xalqının səmimiliyi və isti münasibətini hiss edəcəksiniz. Bir daha sizə can sağlığı, sülh və əmin-amanlıq arzulayıram!
Mehriban Əliyeva
Azərbaycan Gimnastika Federasiyasının Prezidenti