AZE
İdman gimnastikadan başlayır

Bədii Gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri

20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Bu dəfə arena öz qapılarını 20 ölkənin 130-a yaxın gənc bədii gimnastlarına açacaq.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

May ayında paytaxtımızda keçiriləcək Avropa Çempionatından (16-19 may) qabaq iştirakçılar üçün sınaq mərhələsi olacaq bu turnirdə gimnastlar öz güclərini bir daha yoxlayacaqlar. Bu da onlara öz proqramlarını mükəmməlləşdirmək üçün bir şans olacaqdır.

2 gün boyunca gənc idmançıların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar artıq öz biletlərini Arenanın kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn https://ticketing.mga.az/ əldə edə bilərlər. Biletlərin qiyməti 8 və 10 manat təşkil edir.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.

Yarışların başlama vaxtı:

20 aprel - 10:00

21 aprel – 12:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası