AZE
İdman gimnastikadan başlayır

Batut gimnastikası və Tamblinq üzrə Bakı Çempionatı və Bakı Birinciliyi

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü açıq elan edir.

İrimiqyaslı beynəlxalq yarışların ardınca bu dəfə meydançada paytaxt gimnastlarının əzmkar çıxışlarını izləmək şansımız var.

Belə ki, 6 iyun tarixində Milli Gimnastika Arenasının köməkçi zalında Batut gimnastikası üzrə 5-ci və Tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi keçiriləcək.

Yarışlarda Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi  İdman Klubunu təmsil edən ümumilikdə 66 gimnast  “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar.

Sözügedən yarışlara biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə edə bilərsiniz. Biletlərin qiyməti 5 manat təşkil edir.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenası (köməkçi zal)

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası