AZE
İdman gimnastikadan başlayır

Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Açıq Bakı Çempionatı, Aerobika gimnastikası üzrə 5-ci Bakı Birinciliyi və Azərbaycan Çempionatı

İlin son yerli yarışlarına bu dəfə Sumqayıt şəhərində yekun vurulacaq.

Əhali sayına görə ölkənin paytaxt Bakıdan sonra ikinci böyük şəhəri 15-16 noyabr tarixlərində dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara ev sahibliyi edəcək.

Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi, Akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Açıq Bakı Çempionatı və Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.

Giriş sərbəstdir.

Yarışların tarixi: 15-16 noyabr

Məkan: Sumqayıt Olimpiya İdman Kompleksi

Ünvan: Sumqayıt şəh., 17-ci mk/r., Kamal Axundov küç.