
2020-ci ildə Bakıda təşkil edilməli olan bədii gimnastika üzrə dünya kuboku növbəti ilin 2020-ci ildə Bakıda təşkil edilməli olan bədii gimnastika üzrə dünya kuboku növbəti ilin may ayında baş tutacaq.
Belə ki, Olimpiya Oyunlarına təsnifat xarakterli bu kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.
Xatırladaq ki, 2020-ci ilin 24-26 aprel tarixlərində keçirilməsi nəzərdə tutulmuş bu yarış da bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmışdı.
Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın son günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.
Ənənəyə uyğun olaraq, bu Kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyasımay ayında baş tutacaq.