
AEROBİKA GİMNASTİKASI ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ
2015-ci ilin 11 dekabr tarixi aerobika gimnastikası üzrə 1-ci Azərbaycan Birinciliyinin keçirilməsi ilə yaddaşlarda qalacaq. Tamaşaçılar saat 12:00-da - artıq 6 gimnastika növü üzrə yarışların adət etdiyimiz başlama vaxtında
Milli Gimnastika Arenasının köməkçi zalına toplaşacaqlar.
Birincilikdə “Ocaq Sport” klubunu təmsil edəcək, ümumilikdə 30-dan artıq gimnast iştirak edəcək. Turnir 6-8 yaşlı (yeni başlayanlar) kişi və qadın idmançıların fərdi proqramında, həmçinin qarışıq cütlük və üçlüklərin tərkibində yarışacaq gimnastlar arasında baş tutacaq. 9-11 yaşlı “uşaqlar” fərdi qadın proqramı üzrə çıxışlarını, o cümlədən üçlük və qrup daxilində icra olunan hərəkətləri nümayiş etdirəcəklər. Tamaşaçılar, həmçinin 12-14 yaşlı (yeniyetmələr) idmançıların fərdi çıxışlarının da şahidi olacaqlar.
Mükafatlandırma və bağlanış mərasimlərindən öncə isə gimnastika həvəskarlarını nümunəvi çıxışlar və ruhlandırıcı fləşmob gözləyir.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenasının köməkçi zalı
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası