AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AVROPA ÇEMPİONLARI POLŞADA BİRİNCİ OLMUŞLAR

24.11.2009

Qadın akrobatika cütlüyü Ayla Əhmədova – Dilarə Sultanova Polşada keçirilən beynəlxalq turnirin qalibi olmuşlar.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, akrobatlarımız Almaniya və ev sahiblərinin akrobatlarına heç bir şans verməmiş, və beləcə medal kürsüsünün ilk pilləsinə qalxmışlar.

Cütlüyün məşqçisi İradə Qurbanovanın qeyd etdiyi kimi, Ayla və Dilarə Polşaya Avropa çempionu qismində gəlmişdilər. “Və əlbəttə, onlar ay yarım əvvəl göstərilən nəticənin və indiki mümkün nəticənin məsuliyyətini hiss edirdilər. Amma qızlar da ümidləri doğrultdular, əsl çempion kimi çıxış edib, hərəkətin ən yüksək çətinliyini sərgilədilər. Bunu onlardan həm hakimlər, həm də tamaşaçılar gözləyirdi”, deyə məşqçi qeyd etdi.

Polşa turnirində yeniyetmə cütlük Pərizad Quliyeva – Afaq Məhərrəmli də çıxış edirdi. İştirakçı çatışmamazlığı üzündən bu qadın cütlüyü böyüklərdən qrupa keçirildi və burada 5-ci nəticəni göstərdi. “Mənə elə gəlir ki, qızlar daha yaxşı çıxış edə bilərdilər, amma onlar axı birinci dəfə böyük idmançıların sırasına düşmüşdülər! Fikirləşirəm ki, dekabr ayında Minskdə nəzərdə tutulan Bondarev kubokunda onlar tamam başqa akrobatika göstərəcəklər”, İ.Qurbanova bildirmişdir.