AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

MEHRİBAN ƏLİYEVA YENİDƏN AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ PREZİDENTİ SEÇİLDİ

25.12.2010

Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Gimnastika Federasiyasının 3-cü Ümumi Yığıncağı keçirildi. Gündəlikdə federasiyanın yeni Nizamnamənin müzakirəsi və təsdiqi, vitse-prezidenti Altay Həsənovun bu idman strukturunun dördillik fəaliyyətinin yekunları barədə hesabat və Federasiyanın prezidentinin, vitse-prezidentinin, həmçinin, İcraiyyə Komitəsi üzvlərinin seçkiləri daxil idi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gimnastlarının müxtəlif beynəlxalq yarışlardakı son nailiyyətlərindən, ölkə başçısının idmanın inkişafına göstərdiyi daimi qayğıdan danışdı.

Federasiyanın vitse-prezidenti Altay Həsənov hesabat məruzəsində vurğuladı ki, ötən 4 il gimnastika növlərinin Azərbaycanda inkişafı üçün böyük töhvə oldu. A. Həsənov dedi: ”Hesabat dövründə Bakıda Gimnastika Sarayının bünövrəsi qoyuldu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və milli federasiyanın rəhbəri Mehriban xanım Əliyevanın təməlqoyma mərasimində iştirak etmələri ölkə gimnastikasının perspektivlərindən xəbər verir. Həmin Saray istismara verildikdən sonra, orada mükəmməl məşq prosesini həyata keçirmək üçün maksimum şərait yaradılacaq. 2007-ci ildən etibarən Azərbaycan idmançıları müntəzəm olaraq, dünya və Avropa çempionatlarının mükafatçıları sırasına düşürlər. Gimnastımız Aliyə Qarayeva milli gimnastikanın tarixində ilk dəfə Avropa çempionu adını qazandı, qitədə 2-ci, dünya çempionatlarının komanda hesabında isə ölkəmiz üçüncü mövqeyini qorumaqdadır. Pekin Olimpiya Oyunlarında Aliyə finala çıxaraq, yüksək - 6-cı yeri tutdu. Ümumiyyətlə, Qarayeva bu il rekord

a i

mza atdı: əvvəlcə o, Azərbaycan gimnastika tarixində ilk dəfə Olimpiya proqramından olan çoxnövçülükdə - Bremendə keçirilmiş Avropa çempionatında medala sahib çıxdı, Moskvada təşkil olunmuş dünya yarışmasında isə 4 mükafatı birdən qazandı. 2008-ci ilin noyabr ayında milli komandaya rəhbərlik etmək bolqarıstanlı mütəxəssis Mariana Vasilevaya tapşırılıdı. Federasiya onun işindən razıdır və demək olar ki o, gimnastlarımız üçün yeni üslub yaratdı – Azərbaycan gimnastika məktəbi önə çıxdı. Çoxdandır gözlədiyimiz nailiyyətlər akrobatikada da əldə olundu. Qadınlardan ibarət cütlük – Ayla Əhmədova və Dilarə Sultanova hesabat dövrünü layiqincə başa vuraraq, Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gimnastikanın inkişafı ölkənin bölgələrində də hiss olunur. Sumqayıt və Gəncə, Xırdalan, Şabran və Balakəndə bölmələr açılıb və uğurla fəaliyyət göstərirlər. Bugünlərdə Göyçayda bədii gimnastika bölməsinin açılışı oldu. Federasiyanın xüsusi diqqət yetirdiyi məsələlərdən biri də beynəlxalq əla

qəl

ərdir. Bakı iki dəfə - 2007 və 2009-cu illərdə bədii gimnastika üzrə Avropa çempionatı keçirmək hüququ qazanmışdır”.

 

A. Həsənov Azərbaycan gimnastikasında bu müddətdə qazanılmış uğurlara görə idman ictimaiyyəti adından federasiyanın prezidentinə minnətdarlığını bildirdi.

Çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rauf Əliyev və AGF-in Veteranlar Şurasının sədri Arif Quliyev də federasiyanın prezidenti Mehriban Əliyevanın Azərbaycanda gimnastikanın dirçəlişində xidmətlərini vurğuladılar.

Yığıncağda federasiyanın yeni Nizamnamənin müzakirəsi və təsdiqi olub, təşkilati məsələlərə baxıldı. Mehriban Əliyeva yenidən federasiyanın prezidenti, Altay Həsənov vitse-prezident, millət vəkili Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və Bakı Gimnastika Məktəbinin direktoru Arif Qafarov İcraiyyə Komitəsinin üzvləri seçildilər.

Ümumi Yığıncağdan sonra Bakı Olimpiya İdman Kompleksində tanınmış və gənc gimnastların hazırladığı Yeni ilə əlaqədar Qala-konsert keçirildi.