AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Cümə günü Minskdə bədii gimnastika üzrə 27-ci Avropa çempionatı start götürüb.

27.05.2011

"Minsk-Arena" idman kopleksinin xalçasına ilk olaraq yeniyetmələrin qrup komandaları çıxıb. Halqalarla ilk hərəkətlərdən sonra Azərbaycan gimnastları (Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsrə Bağıyeva, Aynur Cabbarlı və Siyana Vasileva) 24.900 balla hələ ki dördüncü yeri tuturlar. Liderliyə çempionat sahibi - Belarus idmançıları çıxıb. Onların ardınca İsrail idmançıları gəlir, üçüncü yerdə isə Rusiya komandasıdır.

Günün ikinci yarısında halqalarla və toplafərdi növlərdə qadınlar mübarizəyə qoşulacaqlar. Azərbaycanı Minskdə Aliyə Qarayeva və Zeynəb Cavadlı təmsil edir.

Açılışın rəsmi mərasimi bu gün olub. Mayın 28-də qadınlar gürzlərlər və lentlə çıxış edəcəklər, gecə yarısı isə çoxnovçülüyün yekunları üzrə mükafatlandırma olacaq. Bazar günü ayrı-ayrı çıxışlar üzrə finallar olacaq. Minsk çempionatı dünya gimnastikasının ulduzlarının iştirakı ilə qala-konsertlə başa çatacaq.