Jeşuv şəhərində baş tutan (19-22 oktyabr) Akrobatika Gimnastikası üzrə 28-ci Avropa Çempionatı öz işinə yekun vurdu.
Yarışların son günü qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı "temp" proqramı üzrə final çıxışları ilə komandamızın hesabına 3-cü bürünc medalı yazdırdılar. Cütlüyümüz şəxsi karyeralarında ilk dəfə idi ki Qitə Çempinatında ən güclülər arasında mübarizə aparırdı. Buna baxmayaraq, gənc akrobatlarımızın inamlı çıxışları diqqətdən kənar qalmamış və onlar 7-ci yerdən finala vəsiqə qazanmışdılar. Həlledici mərhələdə isə Abdulla və Ruhidil öz proqramlarını daha da uğurla icra edərək, medalçılar sırasında dayanmağı bacardılar.
Xatırladaq ki, Avropa Çempionatında qarışıq cütlük proqramı üzrə 23 iştirakçı mübarizə aparırdı. Ölkəmizi isə təmsil edən hər iki cütlüyümüz - Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 4 gün boyunca davam edən həyəcanlı çıxışların sonunda komandamıza 3 mümkün finaldan ümumilikdə 3 medal qazandırdılar.
Müsahibə
Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır Ukraynalı gimnast: Birinci olmaq istəyirəm Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir
Arxiv
2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020