Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.
Dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, daha çox səs yığıb.
F.Qayıbov 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibi Edvard Koları geridə qoyub.
Qeyd edək ki, 2009-cu ildən Avropa Gimnastika İttifaqına fransalı Jorj Gelzek rəhbərlik edir.