Yanvarın 8-də, Bakıda AGF-nin yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası mütəxəssisləri tərəfindən keçirilən bədii gimnastika üzrə 3-cü dərəcəyə aid məşqçilik kursları start götürüb.
Həm nəzəriyyə, həm də təcrübə hissələrindən ibarət olan kurslar əsasən tibbi biliklər, psixologiya və idmanda zədələrin qarşısının alınması mövzularını əhatə edir. Ümumilikdə 22 iştirakçı arasında yerli məşqçilərlə yanaşı Rusiya, Ukrayna və Bolqarıstandan da təmsilçilər qatılıb.
FIG-nin mütəxəssisi, Kanadalı Hartmut Finkin rəhbərliyi ilə yanvar ayının 15-nə qədər davam edəcək kurslarda Nadya Aleksandrova (Böyük Britaniya), Marta Bobo (İspaniya), Lasse Harald Nettum (Norveç) və Madelen Holl (Kanada) təlimlər keçəcəklər.
Qeyd edək ki, AGF 2013-cü ildə bədii gimnastika üzrə 1-ci dərəcəyə, 2014-cü ildə isə 2-ci dərəcəyə aid məşqçilik kursları keçirib. Hazırki kurslarda iştirak edən hər bir iştirakçı 2-ci məşqçilik dərəcəsinə sahibdir.
Müsahibə
Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır Ukraynalı gimnast: Birinci olmaq istəyirəm Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir
Arxiv
2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020