AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycan gimnastı Marina Nekrasova dayaqlı tullanmada "Gümüş" medal qazandı

17.03.2018

Azərbaycan gimnastı Marina Nekrasova dayaqlı tullanma hərəkətlərində yalnız əfsanəvi özbək gimnastı Oksana Çusovitinadan geri qalaraq, Dünya Kubokunun gümüş medalına sahibləndi.

 Marina Nekrasovanın gümüş medalı 14,216 xal təşkil edib. Oksana isə 14,3 xalla 1-ci yerdə qərarlaşıb.

"Bürünc" medal qazanan Sloveniyalı Tyasa Kisselefin çıxışı isə 13,833 xalla qiymətləndirilib.

Azərbaycanın daha bir finalçısı Yuliya İnshina isə ən yaxşı nəticəsini bu alətdə 13,466 xal toplayaraq 4-cü yerlə təmin etdi.