AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Qrup hərəkətləri komandamız Tiyedə bürünc medal qazandı

26.03.2018

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərciyində baş tutan ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahibləniblər.

16 ölkənin iştirak etdiyi turnirdə (24-25 mart)  Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top-2 iplə kompozisiya onlara 15.050 xal qazandırıb. Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar.

Bununla da iki hərəkətin yekununda hesaba 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.