Bakıda ilk dəfə keçirilən gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışının ilk gününü yığma komandamız üçün uğurlu hesab etmək olar.
Belə ki, millimiz komanda hesabında fərqlənərək bürünc medal qazanıb. Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89.250 xal toplayıblar. Komanda yarışlarında qızıl medala Rusiya, gümüş medala isə Belarus komandası layiq görülüb.
Gənc və perspektivli gimnastımız Arzu Cəlilova həmçinin icra üzrə ən yüksək xal alaraq “AGF Trophy” kubokuna da sahiblənib.
Qeyd edək ki, yarışların ikinci günü – 24 aprel tarixində ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.