AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İNDİ İSƏ MÜXTƏLİF MEDALLAR HAQQINDA...

27.12.2011

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, gimnastlarımızın qazandığı ən əsas mükafat Aliyə Qarayevanın Monpelyedəki dünya çempionatında çoxnövçülük üzrə finalda əldə etdiyi bürünc medaldır. Lalə Yusifova, Ayşə Mustafayeva, Aynur Cabbarlı, Mənsurə Baqiyeva, Siyana Vasileva və Səbinə Qaratovadan təşkil edilmiş yeniyetmələrdən ibarət qrup komandamızın Minskdə keçirilən Avropa çempionatının finalında 5 iplə 3-cü yeri tutması da az əhəmiyyət daşımır.
Yeniyetmə gimnast Ləman Hacızadənin əldə etdiyi böyük uğurların nəticəsi 26 müxtəlif əyarlı mükafatların dəstidir! Onun mükafatlarının sayı milli komandanın lideri Qarayevadan (5 qızıl, 3 gümüş və 17 bürünc), digər perspektivli yeniyetmə gimnast, 9 qızıl, 6 gümüş, 10 bürünc medal göstəricinə malik Gülsüm Şəfizadədən bir medal çoxdur. 12 yaşlı Ləman qızıl və gümüş mükafatların sayına görə də liderlik edir - müvafiq olaraq 15 və 8.
Ümumilikdə isə medallar 28 gimnast və 4 qrup komandası tərəfindən əldə olunub.
Azərbaycan Gənclər və İdman Nazirliyi də ilə yekun vurub. Keçən il olduğu kimi, bu il də gimnast Aliyə Qarayeva ölkənin ən yaxşı idmançıları onluğuna daxil olub. O, həmçinin mundialın bürünc medalına London-2012 Olimpiya Oyunlarına lisenziyasını da əlavə edib.