AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Dünya Kubokuna hazırlıq tam sürətlə davam edir (fotolar)

07.02.2019

Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kubokuna sayılı günlər qala yarış meydançasında artıq canlanma hiss olunur. Belə ki, milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya digər ölkələrdən daha tez gəlmiş Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları Milli Gimnastika Arenasında məşqlərə start veriblər.

Qeyd edək ki, 11 fevral tarixində arenada kubokun yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zellandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir. 

Xatırladaq ki, Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli Dünya Kubokunda (16-17 fevral)  31 ölkənin 300-ə yaxın gimnastı mübarizə aparacaq.