Almaniyanın Kottbus şəhərində keçirilən Dünya Kuboku mərhələsində B kateqoriyalı yarışlarda Azərbaycan gimnastı Şakir Şıxəliyev uğurlu çıxışla yadda qalıb.
Təsnifat turnirində sərbəst kombinasiyanı nümayiş etdirməklə o, 9-cu yerdən finala çıxmağa nail olub. Finalda isə 21 yaşlı Bakı gimnastı akrobatik tullanmaların mürəkkəb kaskadını göstərib və nəticədə 14,375 bal toplayıb ki, bu da ona yüksək altıncı yeri tutmağa və İspaniya və Böyük Britaniyadan olan rəqiblərini geridə qoymağa imkan verib.
"Şakirin nəticəsini böyük nailiyyət hesab edirəm. Belə ki, son onillikdə ilk dəfə Azərbaycan gimnastı dünya kubokunun finalına çıxır. Şakir finaldakı adlı-sanlı idmançılar arasında gözdən itmədi, əksinə, yaxşı Avropa gimnastikasını göstərdi və bu da nəticəsi", - Şakirin məşqçisi, olimpiya çempionu olan məşhur həmyerlimiz Valeri Belenkiy deyib.
Beynəlxalq Gimnastika Federasiyası (FIG) 3 Avropa çempionatında və iki dünya çempionatında zəngin iş təcrübəsi olan Azərbaycan hakimi Rza Əliyevin (3-cü kateqoriya) idman gimnastikası üzrə olimpiya turnirində hakim qismində cəlb edilməsi haqqında qərar qəbul edib. Xatırladaq ki, FIG hakimlik üzrə bu cür qərarı artıq ikinci dəfədir qəbul edir. Buna qədər Azərbaycan hakimi Larisa Sidorova Pekin-2008 Olimpiadasında bədii gimnastika üzrə yarışlarda təmsil olunub.![]()
Müsahibə
Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır Ukraynalı gimnast: Birinci olmaq istəyirəm Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir
Arxiv
2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020