AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Zöhrə Ağamirova Avropa Çempionatında halqa ilə final mərhələsinə yüksəldi

17.05.2019

Bu gün, Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb.

Çempionatın bugünki təsnifat mərhələsində fərdi gimnastlar halqa və top ilə çıxışlarını icra ediblər. Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Veronika Qudis də bu gün mübarizəyə qoşularaq, B qrupunda yer alıblar. Zöhrə halqa ilə kompozisiyasına görə 20.050 xal alaraq, 8-ci yerdə qərarlaşıb və bununla da finala vəsiqəni təmin edib. Veronika isə 18.250 xalla 19-cu olub. 
 Daha sonra gimnastlarımız xalça üzərində top ilə kompozisiyalarını təqdim etdilər.  Bu təsnifat mərhələsini Ağamirova 19.550 xalla 9-cu, Qudis isə 17.900 xalla 26-cı yerdə bitirib. 
 
Xatırladaq ki, çempionatın ilk günü, gənclərdən ibarət qrup hərəkətləri komandalarının təsnifat yarışlarında komandamız Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, və Fəridə Səfiyarzadə 5 halqa ilə çıxışlarına görə finala vəsiqə qazanıblar.