Bu gün, Milli Gimnastika Arenasında Lomonosov adına Moskva Dövlət Universiteti və Alfamed kurslarının birgə lahiyəsi əsasında “Zədələr zamanı ilkin tibbi yardım” mövzusunda seminar start götürüb.
Mütəxəssislər Aleksandr Avramov və Qalya Qubaydulina tərəfindən keçirilən həm nəzəri, həm də təcrübi hissələrdən olan seminarda gimnastika növləri üzrə yığma komandaların tibbi heyəti iştirak edir.
Kursların əsas mövzusu zədələr zamanı idmançılara kömək etmək üçün bilik və bacarıqların formalaşdırılması, hadisə yerinin və xəstənin vəziyyətinin qiymətləndirilməsi, həmçinin tibbi yardım zamanı uyğun vasitə seçimi və digər tibbi biliklərin artırılmasını əhatə edir.
İki gün davam edəcək kursların sonunda iştirakçılara ITLS sertifikatları təqdim olunacaq.