AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Murad və Danieldən bu dəfə gümüş medal

03.11.2019

Bu gün İsraildəki akrobatika gimnastikası üzrə Avropa Çempionatı çərçivəsində çoxnövçülük yarışları yekunlaşıb.

Gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov yarışların gümüş medalını qazanıb.

Böyüklərin yarışında isə həm qarışıq cütlüyümüz – Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı, həm də kişi cütlüyü tərkibində çıxış edən Seymur Cəfərov və Murad Əkpərov nəticələrə əsasən 5-ci yerdə qərarlaşıb.

Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa Çempionatı 3 noyabrda yekunlaşacaq.