Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının 3-cü dərəcəli beynəlxalq məşqçi kateqoriyasını alıb!
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat veriblər ki, seminarın digər iştirakçıları ilə yanaşı, o, həftəlik nəzəri kursu dinləyib və Ukraynanın Vinnitsa şəhərində təşkil edilən praktiki imtahan verib.
İradə Qurbanova üçün bu kateqoriya artıq ikinci beynəlxalq rütbə olub. Bir neçə il əvvəl mütəxəssis hakim qismində 3-cü dərəcəli breve alıb və həmişə dünya və Avropanın böyük yarışlarında hakimlər kollegiyasına daxil olur.
İradə Qurbanova Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının 3-cü dərəcəsini keçən ikinci Azərbaycan məşqçisi olub. Ondan əvvəl analoji rütbəyə ölkənin bədii gimnastika yığmasının məşqçisi Natalya Bulanova layiq görülüb.