AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İlin ilk Dünya Kuboku sona çatdı

16.02.2020

Azərbaycan Gimnastika Federasiyası tərəfindən 2020-ci ildə təşkil ediləcək beynəlxalq yarışların cədvəlində ilk olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün yekunlaşdı.

Olimpiya Oyunlarına təsnifat xarakterli 2 günlük yarışda dünyanın 30 ölkəsinin 150-yə yaxın idmançısı birincilik uğrunda mübarizə apardı.

Olimpiya çempionları Vladislav Qonçarov (Belarus), Rozanna Maklennan (Kanada), Donq Donq (Çin), Olimpiya medalçısı Brioni Peyc (Böyük Britaniya), dünya çempionları Qao Ley və Liu Linqlinq (Çin), eləcə də Yana Lebedeva, Aleksandr Lisitinin (Rusiya) də yer aldığı bu kubokda Azərbaycan idmançıları da öz güclərini sınadılar.

Tamblinq yarışlarında ölkəmizi Fərid Mustafayev, fərdi batut yarışlarında isə Selcan Mahsudova təmsil etdi. Hər iki gimnast ilk dəfə idi ki, Dünya Kubokunda böyüklər proqramında çıxış edirdi. Fərid yarışların final mərhələsində 8-ci, Selcan isə Olimpiya növü olan fərdi batut proqramında 32-ci yerdə qərarlaşdı.

Yarışların nəticələri haqqında ətraflı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz: https://agf.az/az/competitions/information/205.

AGF-nin təşkil edəcəyi növbəti yarış isə 7-8 martda keçiriləcək kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir olacaq.