AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycan və İsrailin gimnastika görüşü baş tutdu

19.06.2020

Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutdu.

Ötən gün təşkil edilmiş “battle” adlanan bu yarışda hər iki ölkənin Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmış komandaları iştirak etdi.

Yarışmadan öncə hər iki komanda bir-birinə təqdim olundu. Azərbaycanın “Paxlava”, İsrailin isə “Bamba” komandasının üzvləri bir-birilərinə uğurlar arzuladılar.  Daha sonra yarışmanın qaydaları haqqında məlumat verildi.

Komandaların əylənərək iştirak etdikləri bu yarışma 3 hissədən ibarət oldu və təxminən 3 saat çəkən “battle” izləyən hər kəsə həyəcanlı və xoş anlar yaşatdı. Estafet oyunları ilə başlayan yarışmada gimnastlar müəyyən vaxt ərzində oyunu tamamlamlı idilər. Bundan başqa onlar həm də alətlərlə verilən müxtəlif tapşırıqları yerinə yetirdilər. İcra edilmiş bu tapşırıqlara görə komandalar hakimlər tərəfindən qiymətləndirildilər.

Sonda isə hər iki komanda üzvləri bədii gimnastikaya aid sualları cavablandırdılar.

Bu yarışmada hesab qeydə alınsa da, hər iki komanda qalib elan olundu. Elə yarışın da məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir dövrdə gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı zaman keçirərək əylənmək idi.

“Paxlava” komandası bildirdi ki, İsrail komandası ilə ilk canlı görüşdə onlara paxlava təqdim olunacaq. Azərbaycan yığmasının Baş məşqçisi Mariana Vasileva isə dostluq və əməkdaşlıq üçün İsrail yığmasına təşəkkürünü bildirib və hər kəsə sağlamlıq arzu edərək, tezliklə yenidən yarışlarda görüşəcəklərindən ümidvar olduğunu qeyd edib.

İsrail komandasının məşqçisi Raxel Faiqa da belə yarışın təşkili və iştirak üçün Azərbaycan yığmasına təşəkkürünü bildirib və komandamıza uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının həm “Facebook” səhifəsi, həm də “Youtube” kanalında canlı yayımlanan yarışma böyük maraqla izlənilib.