Bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyi 25 illik yubileyini qeyd edir.
Azərbaycan Gimnastika Federasiyası uzun illərdir rəsmi tərəfdaşı olan agentliyi yubiley münasibətilə ürəkdən təbrik edir.
Fəaliyyətlərində yeni nailiyyətlər və nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda daim ön sıralarda olmağı arzu edirik!
Uzunmüddətli əməkdaşlığımız ərzində daim yanımızda olub, bizə dəstək göstərdiyi, eyni zamanda gimnastika aləmində baş verən ən son yeniliklər haqqında cəmiyyətimizi operativ, düzgün və sanballı şəkildə məlumatlandırdığı üçün “Trend”-ə dərin təşəkkürümüzü bildiririk.
Əməkdaşlığımız bizim üçün çox dəyərlidir!