AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycan gimnastı Aliyə Qarayeva Olimpiadanın finalında!

10.08.2012

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışların ikinci günündə Azərbaycan gimnastı Aliyə Qarayeva mübarizəyə qoşulub.

Çoxnövçülük üzrə keçirilən yarışın ikinci günündə gimnastlar gürz və lentlə hərəkətlərdə bacarıqlarını göstəriblər.

Qarayeva gürzlə hərəkətlərinə görə 27.850, lentlə hərəkətlərdə isə 28.200 bal toplayıb.

Qeyd edək ki, dünən Qarayeva 24 idmançının iştirak etdiyi təsnifat mərhələsində əvvəlcə halqa ilə məharətini nümayiş etdirib. Gimnastımız hakimlərdən 27.450 bal alıb. Sonra topla kompozisiyasını təqdim edib 24 yaşlı Avropa çempionumuz 28.350 bal toplayıb.

Dörd hərəkətin cəminə görə 111.850 bal yığan Qarayeva 24 gimnast arasında 3-cü yeri tutaraq finala yüksəlib.

Qaydalara görə, təsnifat mərhələsinin yekununa əsasən, 10 ən güclü idmançı finala yüksəlir.

Final yarışlarına avqust ayının 11-i start veriləcək.