AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

GİMNAST KVARTETİ ALMANİYADA

27.03.2013

Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə beynəlxalq “Çağırış kuboku” keçirilib. Yarışda azərbaycanlı idmançılardan təşkil olunan dördlük də iştirak edib.

Eldar Səfərov və Uğur Xəlilbəylinin 46 iştirakçı arasında ən yaxşı göstəriciləri, müvafiq olaraq, parallel qollarda 26-cı və sərbəst hərəkətlərdə 27-ci olub. Şakir Şıxəliyev turnikdə 28-ci, Ruslan Namazov isə halqalarda 38-ci nəticəni göstərib.