AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AVROPA GİMNASTİKA İTTİFAQININ BAYRAĞI AZƏRBAYCANA TƏHVİL VERİLİB

03.06.2013

Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib.

2014-cü il Avropa çempionatının (AÇ) Bakıda keçiriləcəyənin rəmzi olaraq bayraq Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim edilib.

Gələn il AÇ iyunun 13-15-də Bakıda baş tutacaq. AÇ hazırda tikilməkdə olan Milli Gimnastika Arenasında keçiriləcək. Kompleks yarışların başlamasınadək tam hazır olacaq.

Çempionatda 240 gimnast və 80 rəsmi şəxsin iştirakı gözlənilir. Bu, Bakıda bədii gimnastika üzrə keçiriləcək sayca 3-cü AÇ-dir.

Xatırladaq ki, bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilmiş AÇ-ni gümüş medal qazanmaqla başa çatdırıb.

Gimnastlarımızın yeniyetmələrdən ibarət qrup komandası finalda öz tapşırığını ən yüksək səviyyədə icra edib. Belə ki, idmançılarımız hakimlərdən olduqca yüksək bal - 16.55 bal alıblar.

Bu nəticə Azərbaycan gimnastlarına gümüş medallar qazanmalarına imkan yaradıb.

Bundan əlavə, gimnastlarımız fərdi yarışlarda AÇ-2013-ün bütün 4 finalında iştirak ediblər. Ən yaxşı nəticəni isə (beşinci yer) Marina Durunda göstərib.