AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

ASTANADAN SONRA İRKUTSK VƏ VARNADA DÜNYA KUBOKUNUN OLİMPİYAQABAĞI MƏRHƏLƏLƏRİ

21.07.2008

Bədii gimnastika üzrə Dünya kubokunun səkkizinci mərhələsi Astanada başa çatmışdır. Azərbaycanı qarşıda gələn Olimpiya Oyunlarının ehtiyatda olan iştirakçısı Anna Qurbanova və Zeynəb Cavadlı təmsil etmişlər.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, çoxnövçülüyün təsnifat yarışlarında Qurbanova 26 iştirakçı arasında 11-ci yerə layiq görülmüşdür. Cavadlıya gəlincə isə, o, müsabiqədən kənar proqramda çıxış etmiş və 3-cü yerdə qərarlaşmışdır.

Dünya kubokunun sahibi 2008-ci ilin Avropa çempionu, Rusiya gimnastı Yevgeniya Kanayeva olmuşdur. O, xalça sahibi Aliyə Yusupovanı qabaqlamışdır. Üçüncü yerə, Rusiyanın Olimpiya yığma komandasına ikinci vəsiqə uğrunda mübarizənin birinci mərhələsində Vera Sesinaya qalib gələrək daha bir Rusiya gimnastı Olqa Kapranova olmuşdur.

25-26 iyul tarixlərində İrkutskda keçiriləcək Dünya kubokunun daha bir mərhələsi olimpiyaqabağı sonuncu turnir olacaq. Rusiyanın bu şəhərində Olimpiada iştirakçıları Aliyə Qarayeva və Dinarə Gimatova çıxış edəcəklər.

Sofiyada təlim-məşq toplanışlarını başa çatdıran Azərbaycanın Olimpiya yığma komandasının digər üzvləri Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina qrup komandaları arasında 24-25 iyul tarixlərində keçiriləcək Dünya kubokunda iştirak etmək üçün Bolqarıstanın şərqində yerləşən Qara dəniz sahilinin kurort şəhəri Varnaya yollanacaqlar.