AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Azərbaycan batutçuları Amerikada keçiriləcək Dünya Çempionatında iştirak edəcəklər

03.11.2014

Ötən həftə Azərbaycanın batut üzrə 4 nəfərdən ibarət yığma komandası 7-9 noyabr tarixlərində Amerikada keçiriləcək Dünya Çempionatı ərəfəsində Milli Gimnastika Arenasında yoxlama məşqləri keçirib.


Məşqçi Vladimir Şulikinin rəhbərliyi altında, artıq bir neçə gün sonra Amerikanın Deytona-Biç  şəhərində ölkəmizi təmsil edəcək gimnastlar Oleq Piunov, Ruslan Ağamirov, İlya Qrişunin və Sabina Zaytsevanın çıxışları, onları dəstəkləməyə gələn tamaşaçılar tərəfindən coşğuyla qarşılanıb.