AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Qrişunin Dünya Çempionatı – 2014-də yarımfinala qədər yüksəldi

11.11.2014

 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, batut üzrə Azərbaycan yığma komandası 7-9 noyabr tarixlərində ABŞ-da keçirilən Dünya Çempionatında çıxış edib.


Çempionatda ölkəmizi 4 gimnast – İlya Qrişunin, Ruslan Ağamirov, Oleq Piunov və Sabina Zaytseva təmsil edib.


Çempionatın bizim üçün yaddaqalan məqamlarından biri, İlya Qrişuninin fərdi proqramlarda təsnifat mərhələlərini uğurla keçərək, yarımfinala qədər yüksəlməsi oldu. Bu idman növünün ölkəmizdə yeni olduğunu nəzərə alsaq, hazırki nəticə qənaətbəxşdir.


Yığma komandanın baş məşqçisi Vladimir Şulikin öz yetirmələrinin çıxışlarına belə münasibət bildirib: “Əlbətdə, bizim inkişaf etdirməli tərəflərimiz var. Çempionat idmançılarımızın zəif və güclü tərəflərini aşkarladı və növbəti yarışlara qədər biz daha çox çalışmalıyıq”.