AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Türkiyədən beş medal

23.04.2015

Dünən, Türkiyənin Konya şəhərində 5-ci beynəlxalq  “Uşaq İdman Oyunları”  yarışı sona çatıb.

Ölkəmizi bu yarışlarda kişi idman gimnastikası üzrə balaca idmançılarımız təmsil edib. Azərbaycan gimnastları 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Səməd Məmmədli sərbəst hərəkətlərdə, parallel qollarda və dəstəli at üzərində hərəkətlərə görə yüskək xal qazanaraq, komanda hesabına 3 qızıl medal yazdırdı. Digər gümüş medalı sərbəst hərəkətlərdə fərqlənən Mənsum Səfərov əldə etdi.

Komanda hesabında Azərbaycan 3-cü yerdə qərarlaşdı. Birinci yerdə qonşu Türkiyə, ikinci yerdə isə Bolqarıstan idmançıları oldu.