
Ötən həftə sonu Belçikanın Purs (Antverpen) şəhərində akrobatika gimnastikası üzrə ilin ilk Dünya Kuboku keçirilib.
Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu finala vəsiqə qazanaraq nəticədə 5-ci yerdə qərarlaşmışdır.
Parallel olaraq keçirilən, “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə isə qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı 1-ci yerə layiq görülüb. Beynəlxalq arenada debüt edən, Abdulla Əl–Məşayxi və Ruhidil Qurbanlıdan ibarət ölkənin ikinci dueti isə yalnız Avstraliyadan olan cütlüyü önə buraxaraq, 3-cü yerdə qərarlaşmışdır.