![]() | Azərbaycan gimnastları Dinarə Gimatova və Leyla Şamilova Kazanda keçirilən beynəlxalq turnirdə gümüş medala layiq görülmüşlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, 2007-ci il Avropa və dünya çempionatlarının bürünc mükafatçısı Dinarə Gimatova şəxsi çoxnövçülükdə 71.575 xal toplamışdır. O bildirmişdir ki, bu çox gərgin və gözəl təşkil olunmuş turnir idi. “Kazanda gimnastika idmanın sevilən və başadüşülən növlərindəndir. Burada çıxış etmək, xüsusilə də Rusiya idmançıları ilə yanaşı qaliblər sırasında olmaq həmişə xoşdur. Komandamız üçün ikinci gümüş medal qazanmış Leylanı da təbrik edirəm”, deyə Gimatova bildirib. Leyla Şamilova yekun reytinqində Latviya gimnastından sonra ikinci olmuşdur – 58.375 xal. Digər üç gimnastımızın çıxışlarına gəldikdə isə, Cənnət Məmmədova və Aişə Mustafayeva müvafiq olaraq 8-ci (35.025) və 9-cu (59.075) yerləri tutmuşlar. Nərgiz Əliyeva isə 13-cü olmuşdur – 77.425 xal. Noyabrın 16-18-də Avstriyanın İnsbruk şəhərində Qran-pri turnirinin final yarışması və yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcəkdir. Qran-pri uğrunda digər adlı-sanlı gimnastlarla birlikdə Avropa çempionu Aliyə Qarayeva və 2007-ci ilin Avropa və dünya birinciliklərinin bürünc mükafatçısı Anna Qurbanova, yeniyetmələrin turnirində isə Nigar Mirzəyeva mübarizə aparacaqlar. Belçikanın Gent şəhərində “Happy Cup-2007” turniri keçiriləcəkdir. Həmin yarışa 2007-ci il dünya çempionatının bürünc mükafatçısı Zeynəb Cavadlı, habelə yeniyetmələr Nigar Abdusəlimova və Yekaterina Prokopenko gedəcəklər. |
Müsahibə
Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır Ukraynalı gimnast: Birinci olmaq istəyirəm Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir
Arxiv
2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020
