AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AZƏRBAYCANIN HİMNİ DOHADA – “NOVRUZ” BAYRAMI GÜNLƏRİNDƏ

26.03.2016

Bu gün, ölkəmizdə hələ də “Novruz Bayramı” günlərinin davam etdiyi bir vaxtda, Azərbaycanın himni “Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunun sona çatdığı Dohada (Qətərdə) “ASPIRE Academy” idman kompleksində səsləndi. Hakimlərdən 15.825 xal toplayan gimnastımız Oleq Stepkonun parallel qollardakı final çıxışında tayı-bərabəri olmadı. Fəxri kürsünün 2-ci və 3-cü pillələrinə isə müvafiq olaraq Kubadan Manrik Larduet (15.775) və Vyetnam təmsilçisi Fuok Xanq Fam (15.350) yüksəldi.

Dəstəli at üzərində finalda Oleq 3-cü yeri tam 15 xalla Sloveniyadan olan idmançı Saso Bertonseljlə bölüşdürdü, dayaqla tullanmada isə 5-ci yerdə qərarlaşdı (14.725).

Digər Azərbaycan gimnastı Petro Paxnyuk isə sərbəst hərəkətlərdə 5-ci yeri tutdu, dəstəli at üzərində çıxışında Yaponiya təmsilçisi Daiki Yoroqo ilə 5-ci pilləni paylaşdı və parallel qollarda isə 7-ci oldu.

Qadın idman gimnastikası üzrə yarışlarda Azərbaycanı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil etdilər. Dayaqla tullanma üzrə finalda çıxış edən Marina Nekrasova 6-cı yerdə qərarlaşdı.