AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

“NEFTÇİ” DÜNYADA 3-CÜDÜR!

13.10.2008

 

“Neftçi” klubunun gimnastlarından ibarət komanda Tokioda klublar arasında keçirilən dünya çempionatda bürünc medallara layiq görülmüşdür.

Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata əsasən, final mərhələsində Aliyə Qarayeva, Zeynəb Cavadlı və Samirə Mustafayeva 227.193 xal toplamış və Bolqarıstanın “İliana” klubunu təmsil edən rəqiblərini 13 (!) xaldan daha artıq xalla geridə qoymuşlar. Qeyd edək ki, son iki il ərzində “Neftçi” bürünc medalların bir addımında dayanırdı.

Klublar arasında dünya çempionu bir il əvvəl olduğu kimi yenə də Rusiya kollektivi “Qazprom” oldu. Gümüş medalın sahibləri də dəyişilmədi – ikinci yerə “Şkola Deryuginıx” (Ukrayna) layiq görüldü.

Yuniorlar arasında individual yarışlara gəlincə isə, Samirə Mustafayeva ikinci bürünc medalla öyünə bilər. Qeyd edək ki, o, iki çıxışdan sonra yalnız 5-ci yerdə idi. Lakin gürzlər və lentlə çıxışları sayəsində, Mustafayeva 3-cü yerə layiq görülərək (93.397 xal), Rusiya və Belarus gimnastları ilə birgə fəxri kürsüyə qalxmaq şərəfinə nail olmuşdur.

Bu turnirdə komandanın bürünc medallarının sayını artırmaq üçün Qarayevanın cəmi 0.1 xalı çatmadı. Çöxnövçülük üzrə final mərhələsinin nəticələrinə görə, o, Ukrayna gimnastı Natalya Qodunkodan sonra 4-cü yerə layiq görülmüşdür. Zeynəb Cavadlı isə çıxışlarını ikinci onluqda başa çatdırmışdır.

Qalib 2008-ci ilin Olimpiya çempionu Rusiya gimnastı Yevgeniya Kanayeva oldu, ikinci yerə isə Ukrayna gimnastı 2007-ci ilin mütləq Dünya çempionu Anna Bessonova layiq görüldü.

Berlində keçirilən Qran-pri yarışlarının final qabağı mərhələsində iştirak edən Anna Qurbanova da üçüncü ola bilərdi. Çoxnövçülükdə, o, 4-cü yerə layiq görülmüş (68.025) və 4-5-ci yerləri tutaraq bütün finallarda iştirak etmişdir. Burada isə qalibiyyəti Rusiya gimnastı Vera Sesina qeyd edirdi.

Bu arada, Qlazqoda akrobatika gimnastikası üzrə Dünya çempionatı keçirilmişdir. Həmin yarışlarda qadın cütlüyü Ayla Əhmədova – Dilarə Sultanova və Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədovdan ibarət kişi qrupu iştirak etmişdir.

Balans hərəkətini yerinə yetirdikdən sonra, qadın cütlüyü 12 duet arasında 6-cı yerdə qərarlaşmışdı. Temp hərəkətləri və xüsusilə qarışıq kombinasiyanın nümayişi onların yerini daha da möhkəmlətdi və artıq 5-ci yerdən finala çıxmaqlarına səbəb oldu.

Qarışıq hərəkətlərlə final çıxışının nəticələrinə əsasən Ayla Əhmədova – Dilarə Sultanova 28.14 xal toplamış və 6-cı yerdə qərarlaşmışlar. Dünya çempionu adına Belarus, ikinci yerə - Belçika, üçüncü yerə - Rusiya akrobatları layiq görülmüşlər.

Kişi qrupu da təsnifat yarışlarının ələyindən keçərək final mərhələsində iştirak etmək hüququ qazanmışdlır. Onlar qarışıq kombinasiyanı daha yaxşı və qüsursuz icra etdilər və üç novün nəticələrinə əsasən 8 dördlük arasında 6-cı yerə layiq görüldülər.

Finalda Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədov çox gözəl çıxış nümayiş etdirmişlər, lakin hakimlərin kobud səhfi ucbatından yalnız 5-ci yerdə qərarlaşmışlar. Rusiya akrobatları dünya çempionu adına layiq görülmüş, gümüş medalı Çin, bürünc isə Böyük Britaniya əldə etmişdir.