İyulun 22-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb.
Yarışlar Milli Gimnastika Arenasında keçirilir.
Yarışların ilk günü gimnastların halqa və topla fərdi , həmçinin beş lentlə qrup hərəkətləri üzrə çıxışları nümayiş etdirilir.
Azərbaycanı yarışlarda Marina Durunda və Jalə Piriyeva, həmçinin Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Çelep və Ayşən Bayramovadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 24 iyul tarixinədək davam edəcək. Yarışlarda 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.
“Trend” İnformasiya Agentliyi, 22 iyul 2016-cı il