19 avqust tarixində Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları çərçivəsində 24 ölkədən 26 gimnastın iştirakı ilə bədii gimnastika üzrə təsnifat mərhələsi baş tutmuşdur.
Olimpiadada ilk dəfə çıxış edən Azərbaycan gimnastı Marina Durunda, Rionun yarış meydançasında özünə kifayət qədər inanaraq, əsl ustalıq və pəşəkarlıq nümayiş etdirmişdir. İlk iki çıxışın hər birinə görə 17.466 xal (halqa və top) toplayaraq, o, hərəkətlərin qüsursuz icrasını davam etdirməklə, qalan iki çıxışa görə hakimlərdən 17.683 (gürzlər) və 17.733 (lent) xal qoparmağa müvəffəq olmuşdur. Nəticədə, dörd çıxışın cəmində 70.348 xala sahib olan Marina, 20 avqust tarixində çoxnövçülük finalında mübarizə aparacaq 10 finalçılar sırasında öz yerini möhkəmləndirmişdir.
http://cdn.trend.az/media/pictures/2016/08/20/marina_durunda_video_200816.mp4