AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

AGF-nin NÜMAYƏNDƏSİ FIG-nin BÜRÜNC MÜKAFATINA LAYİQ GÖRÜLÜB

26.10.2016

Artıq xəbər verildiyi kimi, 2016-cı ilin 18-20 oktyabr tarixlərində Yaponiyanın paytaxtında Beynəlxalq Gimnastika Federasiyasının idarəetmə orqanlarına seçkilərin keçirildiyi 81-ci Konqressi baş tutmuşdur.

Konqressin sonunda FIG-nin müxtəlif strukturlarında aktiv fəaliyyətlərinə görə fəxri adlar və mükafatlara layiq görülmüş şəxslərin adları açıqlanmışdır.

FIG-nin Şurasına iki dəfə (2008 və 2012) üzv seçilmiş Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş katibi Fərid Qayıbov bürünc mükafata layiq görülmüşdür. F. Qayıbov 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildiyindən, FIG Şurasındakı fəaliyyətini dayandırmalı olmuşdur.