Azərbaycanlı batutçu cütlüyü İlya Qrişunin və Oleq Piunov sinxron tullanma üzrə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya kubokunun finalına çıxıb.
Trend-in məlumatına görə, onlar, 91,850 xal yığaraq ikinci nəticə ilə finala çıxıblar.
Qazaxıstanlı Pirməmməd Əliyev və Daniil Musabekov 92,050 xalla birinci nəticə ilə, portuqaliyalı Diyeqo Abreu və Diyeqo Qançinyo isə 90,100 xalla üçüncü nəticə ilə finala vəsiqə qazanıblar.
Digər finalçılar Belarusdan, Polşadan, İtaliyadann və Yaponiyadan olub.
Qadın batutçu cütlüyümüz Svetlana Makştareva və Veronika Zemlyanaya sinxron tullanma üzrə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya kubokunun finalına çıxmağa müvəffəq olub.
Onlar 84,400 xal yığaraq üçüncü nəticə ilə finala çıxıblar.
Belaruslu Tatyana Petrenya və Anna Qorçenok 90,300 xalla birinci nəticə ilə, yaponiyalı Çisato Doixata və Rana Nauçno isə 85,550 xalla ikinci nəticə ilə finala vəsiqə qazanıblar.
Digər finalçılar Polşadan, Portuqaliyadan, Rusiyadan və Fransadan olub.
“Trend” İnformasiya Agentliyi, 18 fevral 2017-ci il