Azərbaycan gimnastları Yuliya İnşina və Yekaterina Tişkova Bakıda keçirilən idman gimnastikasə üzrə Dünya Kubokunda finala çıxıblar.
Trend-in məlumatına görə, onlar paralel qollarda hərəkətlərdə çıxışları ilə finala yüksəliblər. Kvalifikasiyanın yekunları üzrə Y.İnşina 11,866 xal toplamaqla 6-cı yeri, Y.Tişkova isə 11,400 xal toplamaqla 8-ci yeri tutub.
Finala həmçinin Çin təmsilçiləri Cenyu Vanq və Çunsonq Şanq, Avstarliya gimnastları Corcia-Rouz Braun və Rianna Mizzen, Ukrayna təmsilçiləri Diana Varinska və Angelina Radivilova çıxıblar.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il