“Gülüstan” sarayında xüsusi təşkil edilmiş tədbirdə Pekin Olimpiya oyunlarının finalçıları Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorinaya xatirə plaketi təqdim edilmiş, həmçinin Azərbaycan bədii gimnastikasının uğurlarından bəhs edən videofilm göstərilmişdir.
Bundan əlavə, Milli Olimpiya Komitəsinin Bakıda keçirilən V Baş Assambleyasında qrup yığma komandasının üzvü Valeriya Yeqay fərqlənmiş digər 21 nəfər idmançı və məşqçilərlə birgə Azərbaycan Prezidenti və MOK-un yenidən 8-illik müddəti üzrə rəhbəri seçilmiş İlham Əliyev tərəfindən yeni mənzilinin orderini almışdır.
Baş Assambleya həmçinin MOK-un 17 nəfərdən ibarət İcraiyyə Komitəsinin yeni tərkibini təsdiq etmişdir. Komitəyə Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva da daxil olmuşdur.