AZE
İdman gimnastikadan başlayır

Xəbərlər

29.04.2018 İtaliyadan gümüş medal Bu gün İtaliyada (Breşia) batut gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb. Turnirdə təmsilçilərimiz arasında ən yaxşı nəticə sinxron proqramda olub. Belə ki, Svetlana Makştaryova və Veronika Zemlyanayadan ibarət cütlüyümüz 46.090 xalla finala vəsiqə qazanıblar və yekun nəticədə 7-ci yerlə kifayətləniblər. 29.04.2018 Azərbaycan gimnastları 5 halqa ilə çıxışların finalında Dünya Kubokunun bürünc medalını qazandılar Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutub. 29.04.2018 Bakı növbəti Dünya Kubokunu uğurla yola saldı Bu gün Milli Gimnastika Arenasında növbəti beynəlxalq yarışa - bədii gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu. Dünyanın hər yerindən olan gimnastların artıq doğma məkanına çevrilmiş arena 3 gün boyunca bədii gimnastların icrasında möhtəşəm bir gimnastika tədbirinə şahidlik etdi. 28.04.2018 Azərbaycanın bədii gimnastları Dünya Kubokunun finalına yüksəldilər Azərbaycanın Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siyana Vasilevadan ibarət qrup hərəkətləri komandası bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və iki iplə çıxışlarının yekunu olaraq finala yüksəliblər. 27.04.2018 Bədii gimnastika üzrə Dünya Kuboku start götürdü Aprelin 27-də Milli Gimnastika Arenasında Bakıda keçirilən bədii gimnastika üzrə altıncı Dünya Kuboku yarışının təntənəli açılış mərasimi olub. 26.04.2018 Gimnastika “ünsür”ü Bəşəriyyətin yaradılışında mühüm rol oynayan “Su”, “Od”, “Yel” və “Torpaq” ünsürləri bu dəfə bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas mövzusudur. 24.04.2018 Gimnastlarımız “AGF Junior Trophy” yarışını medallarla başa vurdu Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışı öz işinə yekun vurdu. Bakıda məhz gənclər arasında baş tutan ilk beynəlxalq turnirin ikinci günü gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda mübarizə aparıblar. Mümkün 4 finalın hər birinə vəsiqə qazanan millimizin üzvləri turniri 3 medalla yekunlaşdırıblar. 23.04.2018 Kişi idman gimnastımız beynəlxalq turnirdən iki qızıl medal qazandı Bu həftəsonu Almaniyanın paytaxtı Berlində gənclər arasında beynəlxalq turnir baş tutub. 23.04.2018 Bakıda gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib Bu gün, Bakıda Milli Gimnastika Arenasında “AGF Junior Trophy” adlı beynəlxalq turnir start götürüb. 23.04.2018 Bədii gimnastlarımız komanda hesabında 3-cü oldu Bakıda ilk dəfə keçirilən gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışının ilk gününü yığma komandamız üçün uğurlu hesab etmək olar. 20.04.2018 Skot Hesinqton: Qur-Qur mənim canlandırdığım ən yaxşı obrazlardan biridir 18.04.2018 Avropa Oyunlarına ilk lisenziyalar 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Avropa Oyunlarına Azərbaycan gimnastları ilk lisenziyalarını əldə etdi. 17.04.2018 Akrobatlarımız Dünya Çempionatının 4-cüsü oldu Ötən həftə Belçikanın Antverp şəhəri akrobatika gimnastikası üzrə 26-cı Dünya Çempionatına ev sahibliyi edib. 19 ölkədən 174 gimnastın iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri də yer alıb. Bu qəbildən olan yarışda böyüklər proqramında ilk dəfə çıxış edən qarışıq cütlüklərimizdən ən yaxşı nəticəni Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi göstərib. Belə ki, gimnastlarımızın nümayişlərinin 28.280 xalla dəyərləndirilməsi onları Dünya Çempionatının 4-cüsü edib. 16.04.2018 Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının bağlanış mərasimi keçirilib Aprelin 15-də Bakıda Milli Gimnastika arenasında batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının bağlanış mərasimi keçirilib. 16.04.2018 Bədii gimnastlarımız Dünya Kubokunun finalında Bədii gimnastika üzrə millimizin üzvləri ötən həftə Pesaroda (İtaliya) baş tutan Dünya Kubokunda çıxış ediblər. 15.04.2018 Avropa Çempionatında 1 qızıl, 2 gümüş medal 12-15 aprel tarixlərində Milli Gimnastika Arenasında Batut, Tamblinq və İkili-Mini Batut Gimnastikası üzrə Avropa Çempionatı keçirilmişdir. 10.04.2018 Bədii gimnastlarımız beynəlxalq turnirdə iki medal qazandılar Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının gənc gimnastları Nərminə Səmədova və Nərmin Bayramova Varşavada (Polşa) baş tutan “İrina Cup” yarışlarında uğurla çıxış ediblər. 10.04.2018 Bakıda Amerikasayağı “uçuş” Milli Gimnastika Arenası Bakıda ilk dəfə təşkil olunacaq Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa Çempionatına artıq tam hazırdır. 10.04.2018 Akrobatlarımız Dünya Yaş Qrupu yarışlarındakı çıxışlarını yekunlaşdırdılar Ötən həftə Antverp şəhəri (Belçika) akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarına ev sahibliyi etdi. 07.04.2018 Yeniyetmə idman gimnastlarımız ilk qızıl medallarını qazandılar Bu günlərdə kişi idman gimnastikası üzrə yığma komandamızın təmsilçiləri Anar Həsənov və Aydın Əlizadə Moqilyov şəhərində (Belarus) baş tutan beynəlxalq turnirdə ümumilikdə 5 medal əldə ediblər. 02.04.2018 Bakı ulduz gimnastların iştirakı ilə Avropa Çempionatını gözləyir 12-15 aprel tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək Batut Gimnastikası, Tamblinq və İkili Mini-batut üzrə Avropa Çempionatı Azərbaycanda ən yadda qalan idman tədbirlərindən biri olacaq. Bu yarışda təkcə medallar uğrunda mübarizə aparmaq üçün deyil, həm də 2019-cu ildə Minskdə baş tutacaq Avropa Oyunları, həmçinin Buenos Ayresdə təşkil ediləcək Yeniyetmələr arasında Olimpiya Oyunlarında çıxış etmək şansı uğrunda 25 ölkədən 400-dən çox gimnast iştirak edəcək. Beləliklə, 2018-ci ilin Avropa Çempionatında qüvvələr bölgüsü necə olacaq?